Milli Paralimpiya Komitəsi qalibləri mükafatlandırdı

Milli Paralimpiya Komitəsi qalibləri mükafatlandırdı

2013-cü ilin səkkiz ayı ərzində Milli Paralimpiya Komitəsinin (MPK) idmançıları 3 idman növü üzrə iki dünya çempionatı və bir Avropa çempionatında iştirak ediblər. Paralimpiyaçılarımız həmin yarışlarda 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar.
Təmsilçilərimizjən biri dünya, ikisi isə Avropa rekordlarını təzələməyə nail olub.
Avqustun 19-da Milli Paralimpiya Komitəsində dünya və Avropa çempionatlarında iştirak etmiş komandaların baş məşqçilərinin hesabatları dinlənililib. Daha sonra Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov dünya və Avropa çempionatlarında medal qazanan idmançıları və onların məşqçilərini komitənin mükafatları ilə təltif edib.