Azərbaycanın Olimpiya kateqoriyalı hakiminə ağır itki üz verib

Azərbaycanın Olimpiya kateqoriyalı hakiminə ağır itki üz verib

“Şöhrət” ordenli, “Tərəqqi” medallı, Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif olunan, “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi”, “Dünyanın ən yaxşı güləş hakimi”, Azərbaycanın Olimpiya kateqoriyalı, beynəlxalq dərəcəli hakimi Hicran Şərifova ağır itki üz verib.

Tanınmış hakimin qardaşı Vaqif Şərifov uzun sürən xəstəlikdən sonra vəfat edib.

İdman ictimaiyyətinin nümayəndələri Hicran Şərifova və mərhumun ailə üzvlərinə dərin hüznlə başsağlığı verir.