Komandanın yeni kapitanının adı məlum olub

Komandanın yeni kapitanının adı məlum olub

Hücumçu Rayan Orayli “Sent-Luis”in yeni kapitanı olacaq. Bu barədə jurnalist Ceremi Ruterford şəxsi Twitter hesabında məlumat verib. Hokkeyçi 2018-2019 mövsümlərindən “Blüzmen” komandasında çıxış edir. 2019-cu ildə komandanın tərkibində Stendli Kubokunu qazanıb. Həmçinin o, pley-off mərhələsinin ən qiymətli oyunçusu kimi “Kon Smayt Trofi” mükafatını da əldə edib.

Qeyd edək ki, ötən mövsümdə kanadalı hokkeyçi müntəzəm çempionatın 71 oyununda iştirak edib, 12 dəfə toru silkələyib və 49 məhsuldar ötürmə edib.