İdman sahəsində fəxri ad alanların sayı açıqlandı

İdman sahəsində fəxri ad alanların sayı açıqlandı

2020-ci ildə idman sahəsində fəxri ad alanların sayı açıqlanıb. Bu barədə Gənclər və İdman Nazirliyindən xəbər verilib. Ümumilikdə 41 nəfərə fəxri ad verilib. Onlardan 20-si Azərbaycan Respublikasının Əməkdar məşqçisi, 12-si Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman işçisi, 7-si Azərbaycan Respublikasının Əməkdar İdman Ustası fəxri adına, 2 nəfər isə Respublika dərəcəli hakim adına layiq görülüb.