Dünya kubokuna Tehran ev sahibliyi edəcək

Dünya kubokuna Tehran ev sahibliyi edəcək
Fevral 21-dən 22-dək İran İslam Respublikasının paytaxtı Tehran şəhərində sərbəst güləş üzrə böyüklər arasında Dünya kuboku yarışı keçiriləcək. Turnirdə Azərbaycan, Rusiya, İran, ABŞ, Gürcüstan, Qazaxstan, Yaponiya, Belarus, Bolqarıstan və Türkiyə güləşçiləri iştirak edəcək. ABŞ-ın yarışda mübarizə aparacaq sərbəst güləşçiləri Dünya kubokuna Azərbaycan güləşçiləri ilə birgə hazırlaşırlar. Fevralın 12-dən etibarən paytaxtımıza gələn ABŞ komandasının heyətində 11 güləşçi yer alıb. Onların arasında dünya çempionatlarının mükafatçıları, eləcə də London Olimpiya Oyunlarının 74 kq çəki dərəcəsində qalibi Jordan Burroks da var. ABŞ güləşçiləri fevralın 19-da təlim-məşq toplanışını bitirdikdən sonra İran İslam Respublikasına yollanacaqlar.