AMADA koronavirus peyvəndi ilə bağlı məlumat verdi

AMADA koronavirus peyvəndi ilə bağlı məlumat verdi

Koronavirus peyvəndi Ümumdünya Antidopinq Agentliyi (WADA) tərəfindən diqqətdə saxlanılır. Bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli ilin yekunlarına həsr olunan onlayn mətbuat konfransında bildirib. AMADA rəsmisi bildirib ki, vaksinin tərkibi açıqlanandan sonra onda istifadəsi qadağan edilmiş maddələrin olub-olmadığı üzə çıxacaq: “Bundan sonra WADA öz tövsiyələrini verəcək. Burada əsas məsələ idmançının sağlamlığıdır. AMADA da WADA-nın prinsipini əsas tutacaq və qurumun göstərişlərinə əməl edəcək”.