Yeniyetmə güləşçilər rayon birinciliyində yarışıblar

Yeniyetmə güləşçilər rayon birinciliyində yarışıblar

Ağstafa şəhərində 3 saylı tam orta məktəbin idman zalında yeniyetmələr arasında sərbəst güləş üzrə açıq rayon birinciliyi keçirilib. Turnirdə Ağstafa idmançıları ilə yanaşı, Tovuz, Qazax və Goranboy rayonlarından 120 yeniyetmə idmançı qüvvəsini sınayıb.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Ağstafa komandası birinci yerə layiq görülüb. Qazax idmançıları ikinci, Goranboy təmsilçiləri isə üçüncü yerə sahib çıxıblar.
Qalib və mükafatçılar həvəsləndirici hədiyyələrlə təltif olunublar.