Ümumdünya Xüsusi Olimpiya Qış Oyunlarının sınaq yarışları gələn il keçiriləcək

Ümumdünya Xüsusi Olimpiya Qış Oyunlarının sınaq yarışları gələn il keçiriləcək

Ümumdünya Xüsusi Olimpiya Qış Oyunları ərəfəsində sınaq yarışları gələn ilin fevralında Kazanda keçiriləcək.
Qeyd edək ki, Xüsusi Olimpiadanın açılış və bağlanış mərasimləri “Tatneft-Arena” Buz İdman Sarayında keçiriləcək.
2022-ci il yanvarın 22-28-də Kazanda təşkil olunacaq Oyunlarda 108 ölkədən 2 min idmançının iştirak edəcəyi gözlənilir. Azərbaycan komandası “Kazan-2022”də florbol yarışlarında mübarizə aparacaq.