PSJ Poçettino ilə müqavilə bağlayır

PSJ Poçettino ilə müqavilə bağlayır

Tomas Tuhellə yollarını ayıran PSJ-nin yeni baş məşqçisi müəyyənləşib. Paris təmsilçisini Maurisio Poçettino çalışdıracaq. Tərəflərin razılığa gəldiyi və argentinalı mütəxəssislə 3 illik müqavilə imzalanacağı bildirilib.

Qeyd edək ki, Poçettino son olaraq "Tottenhem"i çalışdırıb. O, London klubundan 2019-cu ilin noyabrında ayrılıb.