Şəhidlər anası - Elegiya
BOK
28.12.2020, 17:42
Qarşımda ağ saçlı, nurani simalı bir ana əyləşib. Sifət cizgilərində keçirdiyi bütün dərdlər, əzablar aydın görünür. Amma danışığında o qədər müdrik və sakitdir ki, bu vaxt yadıma Nikolay Ostrovskinin bu kəlamı düşür: " Analar hər şeyi görməsələr belə, amma ürəkləri ilə eşidirlər”...
Bu ailənin necə böyük sarsıntılar, dəhşətli faciələr keçirdiyini mənə polkovnik Heydər Quliyev danışıb. Amma Simuzər ananın sakit və böyük midrikliklə danışdığı sözlərə qulaq asdıqca, bir an gözlərim qarşısında Azərbaycan analarının simvolu olan böyük Tomris anamız canlanır. Və eyni vaxta yadıma məşhur Mark Tvenin bu sözləri düşür: "Analar arıq və cılız bədənli olsalar da, amma onların çox böyük qəlbləri var”. Məşhur yazıçı elə bil ki, bu sözləri Cimiuzər ana haqqında deyib. Simuzər ananı dinlədikcə, ürəyimdən bu sözlər keçir: "O, bugünkü şəhid analarımızın böyük simvoludur. Amma neyçünsə bu ana haqqında demək olar ki, heç nə yazılmayıb”. Bax buna təəssüflənirəm. Ona görə də belə qərara gəlmişəm ki, Simuzər ana ilə çoxminli oxucularımızı daha yaxından tanış edim. Yəqin ki, bundan sonra media nümayəndələri onu axtarıb, arayıb tapacaq və onun haqqında daha geniş yazacaqlar. Çünki belə şəhid analarını millətimizə tanıtmaq hər birimizin müqəddəs borcu olmalıdır.

Simuzər ananın həyat yoldaşı İslam Kərim oğlu Mustafayev 1927-ci ilin noyabr ayının 27-də Suraxanı rayonunun 1-ci mədən küçəsində anadan olmuşdu. Onlar əslən Lerik rayonundan idilər. Belə ki, atası Kərim kişi Lerikdən, anası Sarıgül xanım isə qərbi azərbaycanlı idi. İslamın atası Kərim kişi neft mədənində işləyirdi. İslam kişi də MKT-da rəngsaz işləyirdi. İslamla Simuzər xanımın ailə qurmasından sonra bu ailədə üç oğul dünyaya gəldi. Adlarını Rəhimxan, Malik və Sabir qoydular. Ailə çox xoşbəxt yaşayırdı. Onlar hər il yay tətilində uşaqları kəndə göndərirdilər. Uşaqlara orada yaşayan Simuzərin anası Tamam və bacıları baxırdı. Həmin vaxtı Simuzər xanım da MKT-də mühasib işləyirdi. O, avqust ayında məzuniyyətə çıxıb Əliabad kəndinə gedirdi. Onlar, sentyabrda isə Bakıya, evlərinə qayıdırdılar. İslam kişi ali təhsilli olmasa da çox bilikli idi və uşaqlarına tarixdən, coğrafiyadan danışardı. Oğlu Malik deyirdi ki, "mən atamnan söhbət eləyəndə məktəbdə dərsdən 5-qiymətlər alıram”. Malik yaxşı oxuduğu üçün, həmişə divar lövhəsində şəkili olurdu. Malik şəhid olandan sonra da şəkili divarda qalmışdı. İndi də şəhid şəkli məktəbin divar lövhəsindədir, qardaşı Sabirin şəkili ilə bir yerdə. İslam kişi və Simuzər xanım üç oğlanlarına baxıb sevinirdilər. Çünki onlar çox ağıllı, tərbiyəli və valideyn qədri bilən uşaqlar idilər. Şəhid olan övladlarının dərdinə dözə bilməyən İslam kişi, 1999-cu ilin dekabr ayının 15-də 72 yaşında dünyasını dəyişdi. İslam kişi də, Simuzər xanım da fəxr edirdilər ki, onların Malik və Sabir kimi belə qəhrəman, igid övladları var. Hansı ki, Vətən yolunda şəhid olublar. Bu dərd azmış kimi ailənin böyük oğlu Rəhimxan da 2005-ci ilin dekabr ayının 5-də haqq dünyasına qovuşdu. Simuzər xanım bir şeyə sükür edir ki, Rəhimxanın iki balası ona əmanət qalıb. Nərgiz və Elşad hər ikisi evlidir. Onların hər ikisinin də bir qız balası var. Simuzər ana da nəvə və nəticələrinə baxıb onlarla nəfəs alır.

1992-ci ilin yanvar ayının 6-da yenə dedi ki, on günlüyə Ağdama gedirəm. Ağlıma belə gəlmədi ki, yenə də məni aldadır. Demə artıq döyüşə gedirmiş. O, gedəndən sonra hər yerdən zənglər gəldi ki, Malik Qarabağa döyüşə gedib. Malik o gedən oldu. Bir daha onu görmədim. Malik elə yerdə idi ki, yanına da getmək belə olmurdu. Xocavəndin Qaradağlı istiqamətində şiddətli döyüşlərdə iştirak edirmiş. Elə orada da şəhid olub. Biz bunu biz, çox sonralar bildik. Sabir İslam oğlu Mustafayev, 1963-cü ilin mart ayının 16-da Suraxanı rayonunun Əmircan qəsəbəsində anadan olmuşdu. Sabir də 114-saylı məktəbin 8-ci sinifini bitirəndən sonra, bir Müddət ATS-də işlədi. 1980-ci ildə hərbi komisarlıq xətti ilə sürücülük peşəsinə yiyələndi. 1981-84-ci illərdə,Sovet ordusunun tərkibində, Aşqabadın Çarcou və Karakalpakda xidmət etmişdi. Sabir 1984-cü ildə ordudan qayıdandan sonra,Suraxanı rayonun NQÇİ-nin tərkibində sürücü vəzifəsində çalışırdı. O vaxtlar bizim ailə çox xoşbəxt idi. Çünki övladlarımızın hər üçü işləyir və özlərinin əmək haqqalrını evə gətirirdilər. Valideyn üçün bundan da böyük xoşbəxtlik olardımı? Qarabağ müharibəsi başlayan vaxtdan bizim ailənin də gərgin günləri başladı. İlk əvvəl Malik və sonra Sabir Qarabağ döyüşlərinə getdi. Sabir, 1991-ci ilin dekabr ayının 22-də hərbi komisarlığa getdi. Könüllü olaraq hərbi xidmətə yazıldı. Sonra da Vətəni qorumaq üçün Qarabağa getdi. Müharibəyə getməmişdən əvvəl, Sabiri bir ay Şıxovda hərbi təlim keçməyə göndərdilər. Sonra Şuşaya göndərdilər. Ordan da 1992-ci ilin yanvar ayının 26-da Daşaltı əməliyyatına göndərilib. 1992-ci ilin yanvar ayının 26-da Sabir, Daşaltı əməliyyatında itkin düşdü. Komandirə xəbər göndərdim ki, Sabir itgin düşüb, heç olmasa Malikin yerini bizə deyin. O da cavab verdi ki, demişəm amma gələ bilmir. Sonralar bildik ki, Malik Qaradağlıda kəşfiyyatçı kimi xidmət edirmiş. Bu kənddə on nəfər milli ordunun uşaqları var imiş. Onlar, yerli adamlarla kəndi qoruyurmuşlar. Amma erməni gavurları 100-dən çox imişlər və həm də silah-sursatları çox imiş. 1992-ci ilin fevral ayının 15-də erməni işğalçılarıyla iki günlük güclü döyüşlərdə onların silah-sursatları qurtarır və bu qeyri-bərabər döyüşdə Malikgilin kişik dəstəsi böyük itgi verirlər. Ermənilər onlardan öldürəni öldürür, qalanlarını da maşınlara yığıb aparmaq istəyəndə, bu dəstəyə məhz Malikin rəhbərlik etdiyini bilib, onu maşından düşürüb şəhid edirlər. Bütün bunları mənə, Maliklə bir yerdə döyüşən və əsir götürülən Qax rayonun Zəyəm kəndindən olan, Bayram danışıb. Maliklə Bayram orada dost olublar. Bayram 1992-ci ilin aprelində kənd adamlarıyla bir yerdə, çox pis vəziyyətdə dəyişdirilib. Özündə olmadığı üçün Malik barədə mənə çox gec danışıb. İndi siz təsəvvür edin mən nə hisslər keçirmişəm. Bunu söznən ifadə etmək olmaz. Vətənin müqəddəs torpaqlarını qorumaq yolunda iki övladı şəhid olan bir ana üçün bunları yazmaq da çox çətindir. Çünki artıq 85 yaşım var. Bütün bu illərdə həyat yoldaşımın və övladlarımın xatirəsi ilə yaşayıram. Hələ də Daşaltı əməliyyatında itkin düşən Sabirimin yolunu səbirsizliklə gözləyirəm... Fikirləşirəm Birinci Qarabağ savaşında əsir düşənləri də yəqin geri qaytararlar... Ola bilər ki, mənim Sabirim də sağdır.
- Birinci Qarabağ savaşında uduzmağımız sizə bir şəhidlər anası kimi necə təsir edirdi?
- Əlbəttə, çox pis təsir edirdi. Fikirləşirdim ki, bu müharibədə 20 mindən çox şəhid vermişik və torpaqlarımız da işğal altındadır. Amma daxilimdə bir ümid vardı ki, işlər belə gedə bilməz. Biz hökmən həmin şəhidlərimizin qisasını alıb, torpaqlarımızı erməni gavurlarından azad etməliyik. Elə bil Böyük Tanrı biz şəhid analarının səsini eşitdi. Mən Birinci Qarabağ müharibəsində yaşadığım həmin o hissləri, ikinci müharibədə də yaşadım deyə, daha çox həyacan keçirdim. Gecələri gözümə yuxu belə getmədi. Çünki, bütün baş verənlər mənə çox təsir edirdi. Amma öz-özümə təsəlli verirdim ki, torpağlarımız düşmən işğalından qurtarılacaq. Hər bir kəndimizin, rayonumuzun işğaldan azad olunmasına çox sevinirdim. Allaha şüklər olsun ki, Birinci Qarabağ müharibəsində, silahsız, ac-susuz döyüşən igidlərimizin və eləcə də bütün şəhidlərimizin qanı yerdə qalmadı. Şəhidlərimizin ruhları şad oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin və bizlərə də cansağlığı versin ki, şəhidlərin adlarını yaşada bilək. Ali Baş Komandanımız cənab prezident İlham Əliyevə və igid Ordumuza, Azərbaycan xalqına, Türk , pakistanlı,əfqanıstanlı qardaşlarımıza təşəkkürlərimi bildirirəm. Artıq Qarabağımız azaddır. Buna şəhidlərimizin ruhu da çox sevinir. Əsas odur ki, xalqımız, haqsızlığın qarşısında əyilmədi. Burada Həzrət İmam Əlinin bu sözləri yadıma düşdü: " Haqsızlığın qarşısında əyilməyin. Çünki haqqınızla birlikdə şərəfinizi də itirərsiniz”. Xalqımız öz haqqı ilə birlikdə, şərəfini də qoruyub, bütün dünya xalqlarına nəyə qadir olduğumuzu tam sübut elədi.
- Analar müharibəyə nifrət edirlər. Bunun səbəbi nədir? Müharibə olmaması üçün dünya analarına nə demək istərdiniz?- Heç bir ana və ya ata istəməz müharibə olsun və övladı şəhid olsun. Şəhərlərimiz, kəndlərimiz viran qalsın. Amma müharibələr olur. Bütün şəhid anaları və xanımları da bu dəhşətli faciələrə bir təhər dözürlər. Biz qadınlar çox güclüyük. Allah bizə dözüm verib. Ona görə müharibələrin qarşısını almaq üçün bütün dünya anaları birləşməli və müharibə törədənlərə qarşı öz etiraz səsini ucaltmalıdırlar. Bəlkə bundan sonra müharibələr dayana. Biz şəhid ailələrin bir qrupumuz var. Belə adlanır. Şəhid Ailələrinin Müdafiə Cəmiyyəti. Bu cəmiyyətə də çox xeyirxah, bacarıqlı xanım olan Nəsibə xanım Əliyeva rəhbərlik edir. Kimin nə dərdi varsa ora gəlir və biz dərdlərimizi orada bölüşürük, bir-birimizə dayaq oluruq. Onların çoxu gəlinlərdi, mən də onların anasıyam. Əlbəttə, yaxşı olar ki, Azərbaycandakı bütün şəhid anaları və ərlərini, qardaşlarını itirən xanımlar bir yerə yığışıb, bütün dünya analarına bir müraciət hazırlasınlar. Mən inanıram ki, bu müraciəti ölkə başçımız cənab İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da yaxşı qarşılayar. Bu müraciət yəqin ki, dünyada da yaxşı qarşılanar. Çünki gec-tez bu müharibə adlı dəhşətli faciənin, taunun, bəlanın qarşısı alınmalıdır. Silahlar yandırılmalıdır. Millətləri müharibəyə cəlb edənlər məhkəmə qarşısında dayanmalıdır.
Mən əvvəllər fikirləşirdim ki,uşaqlara bir şey olsa ölərəm, ancaq ölmədim və yarıcan olsam da yaşayıram. Heç vaxt ürəyim tam sevinmir, üzüm gülmür. Özümə bir təsəllim vardı ki, sükür Allaha böyük oğlum Rəhimxan var, məni yerdən götürər. 2005-ci ildə Allah onu da məndən aldı... O, atasının, qardaşlarının vaxtından tez haqq dünyasına getməsinə dözə bilmədi...
Həyat doğrudan da amansızdır. Üç oğul böyüdən və bu gün onların heç biri yanında olmayan ana necə ola bilər?.. ( Daha o, heç nə deməyib susdu və kövrəldi.)
Şairə Lilpar Cəmşidqızı da sizə "Şəhidlər anası” adlı bir maraqlı şeir həsr eləyib. Mən, bu yazımı elə həmin şeirlə tamalayıram.
Oğullar dərdini alıb çiyninə,
Şəhidlər anası Simuzər Ana.
Kədərdən don biçib geyib əyninə,
Şəhidlər anası Simuzər Ana.
Dedi ki, qoruyaq Vətən torpağın,
Yağıya verməyək bircə yarpağın.
Göylərə ucaldaq uca bayrağın,
Şəhidlər anası Simuzər Ana.
Bu Ana böyütdü mərd oğulları,
İndi də məzarın sarır qolları.
Öpür oğulları gedən yolları,
Şəhidlər anası Simuzər Ana.
Necə gör qürurla dayanıb, durub,
Dərdini içində ağlayıb, yorub.
Torpağa o qoşa oğullar verib,
Şəhidlər anası Simuzər Ana.
Sevinsin qoy bizim anamız Vətən,
Ona toxunammaz hər gəlib yetən.
Yenidən doğular torpağa bitən,
Şəhidlər anası Simuzər Ana.

Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Azərbaycan Basketbol Liqasında yeni mövsümün açılış oyununun tarixi müəyyənləşib
17.09.2026, 16:25 Basketbol
-
Azərbaycan Kubokunun final matçı ilk dəfə Gəncə şəhər stadionunda keçiriləcək
17.09.2026, 15:17 Futbol
-
Azərbaycan milliləri bu gün Ümumdünya Şahmat Olimpiadasında Filippin və Danimarka ilə qarşılaşacaqlar
17.09.2026, 10:11 Şahmat
-
UEFA Avropa Liqasında əsas mərhələnin ilk oyunları keçirilib
17.09.2026, 01:29 Futbol
-
"Gəncə Open-2026" Beynəlxalq Şahmat Festivalının mükafat fondu açıqlanıb
16.09.2026, 16:27 Şahmat
-
Şahin Mustafayev yenidən Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
16.09.2026, 16:22 Tennis
-
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
16.09.2026, 14:07 Gimnastika
-
2027-ci ildə keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran-prisinin tarixi açıqlanıb
16.09.2026, 13:20 Formula 1
-
Şahmat komandalarımız 46-cı Ümumdünya Şahmat Olimpiadasında mübarizəyə başlayır
16.09.2026, 11:52 Şahmat
-
Stolüstü tennisçilərimiz Belçikanın açıq çempionatında çıxış edəcəklər
16.09.2026, 11:36 Tennis
-
Sahildən balıqtutma üzrə Azərbaycan çempionatı keçiriləcək
16.09.2026, 10:04 Su idman növləri
-
Azərbaycan İdman Akademiyasına yeni qəbul olunmuş tələbələrlə görüş olub
15.09.2026, 20:06 Olimpiya dünyası
-
Çoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatı yekunlaşdı
15.09.2026, 12:25 Velosiped
-
“Sabah” mövsümə rekordla başladı
15.09.2026, 11:28 Futbol
-
"Araz-Naxçıvan"dan Azərbaycan çempionatlarının yüksək dəstəsində 150-ci qol
15.09.2026, 10:55 Futbol
-
Azərbaycan cüdoçuları Olimpiya Təlim Düşərgəsinə qatılıblar
15.09.2026, 00:09 Cüdo
-
Azərbaycan idmançıları dünya çempionatında 3 bürünc medal qazanıblar
14.09.2026, 23:25 Boks
-
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatına yekun vurulub
14.09.2026, 22:12 Su idman növləri
-
Boksçularımız Avropa çempionatında iştirak edəcəklər
14.09.2026, 16:10 Boks
-
Basketbol məşqçiləri üçün seminar və imtahanlar keçirilib
14.09.2026, 15:23 Basketbol
-
Pauerliftinq və benç-press üzrə Azərbaycan Kuboku keçirilib
14.09.2026, 14:01 Olimpiya dünyası
-
Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
14.09.2026, 13:09 Su idman növləri
-
“Elite polo club” çempion oldu
14.09.2026, 12:58 Olimpiya dünyası
-
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatında ikinci yarış günü başa çatıb
14.09.2026, 12:51 Su idman növləri
-
Azərbaycan komandası FIBA Çempionlar Liqasında mübarizəyə başlayır
14.09.2026, 11:10 Basketbol
-
Milli komandalarımız Çində beynəlxalq təlim-məşq toplanışda iştirak edib, ardınca yarışda mübarizə aparacaqlar
14.09.2026, 10:34 Olimpizm xəbərləri
-
Azərbaycan cüdoçuları lisenziya xarakterli yarışda 3 medal qazandılar
14.09.2026, 10:00 Cüdo
-
İslam Həmrəyliyi İdman Assosiasiyasının Baş Katibliyinin üzvü vəfat edib
13.09.2026, 22:41 Olimpizm xəbərləri
-
Azərbaycan nümayəndə heyəti ISSA-nın 15-ci Baş Assambleyasında iştirak edib
12.09.2026, 21:00 MOK
-
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə yüksək fəaliyyətinə görə Təşəkkürnamə ilə təltif olunub
12.09.2026, 19:25 MOK
-
İdman Qazaxda birləşir: Təcrübədən gələcəyə körpü
11.09.2026, 18:29 Olimpiya dünyası
-
Yunan-Roma güləşçilərimiz toplanışa başlayırlar
11.09.2026, 18:10 Güləş
-
Azərbaycan Atletika Federasiyasında hakimlərlə görüş keçirilib
11.09.2026, 17:02 Atletika
-
Türkiyə yelkənçiləri Bakıda
10.09.2026, 15:07 Su idman növləri