Dünya çempionatı bu gün başlayır

Dünya çempionatı bu gün başlayır

Bu gün Serbiyanın Zrenyanin şəhərində yeniyetmə güləşçilər arasında dünya çempionatı start götürür.
Ölkəmizi bu yarışda təmsil edən yunan-Roma güləşi üzrə yığmamız böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Rasim Ağayevin rəhbərliyi altında 10 idmançı ilə təmsil olunur. Komandamızın heyətində Seymur Hüseynov (42 kq), Kənan Cəfərov (46 kq), Mikayıl Rəhmanov (50 kq), Niyazi Məmmədov (54 kq), Zahid Ələkbərzadə (58 kq), Sənan Əlimirzəyev (63 kq), Mehrac Kərimov (69 kq), İslam Abbasov (76 kq), Soslan Fanziyev (85 kq) və Adambek Şidukov (100 kq) birincilik uğrunda yarışaacaqlar.
Avqustun 22-23-də yeniyetmə qızlar mübarizəyə qoşulacaqlar. Böyük məşqçi Rövşən Süleymanov və məşqçi Arif Fərmanovun rəhbərliyi altında Ülkər Babayeva (38 kq), Türkan Nəsirova (43 kq), Gülcahan Hacıyeva (46 kq), Leyla Qurbanova (49 kq) və Ləman Qurbanova (56 kq) yarışcaqlar. Çempionatın son günlərində isə sərbəst güləş üzrə yığma komandamız mübarizəyə qoşulacaq. Böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında ölkəmizi Fərrux Əliyev (42 kq), Fazil Həsənov (46 kq), Mahir Əmiraslanov (50 kq), Neməddin Rəhmanov (54 kq), Məhəmmədəli Əliyev (58 kq), Teymur Məmmədov (63 kq), Abdulmuslim Muxuddinov (69 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (76 kq), Nurməhəmməd Hacıyev (85 kq) və Turxan Qurbanov (100 kq) təmsil edəcək.
Məlumat üçün qeyd edək ki, görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim İntiqam Alıyev iştirak edəcək.