Şəhid və qazi azarkeşlərinin ailələri ziyarət edildi

Şəhid və qazi azarkeşlərinin ailələri ziyarət edildi

“Neftçi” klubunun rəhbərliyi, komandanın baş məşqçisi, kapitanı və azarkeşlər Azərbaycanın ərazi bütövlüyü uğrunda müharibədə həlak olmuş şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər. Kollektiv İkinci Fəxri xiyabanı ziyarət edərək, məzarlar önünə klub adından əklil qoyub.

Ardından “Neftçi” azarkeşlərindən şəhid olmuş mayor Rüfət Əsgərov, baş leytenant Teymur Məcidzadə və əsgər Afiq Qulamlının ailəsinə baş çəkilib, qazi Rafiq Əliyev və Cahid Şükürlü ziyarət edilib. Şəhidlərimizin ailəsinə başsağlığı verib, səbr diləyən klub rəsmiləri onların və qazilərin problem və qayğıları ilə də maraqlanıb. Bildirilib ki, “Neftçi” klubu daim onların yanında olacaq, klub tərəfindən onlara hər cür dəstək göstəriləcək.