Slovakiyalı tennisçi Daqmara Baskova yaxın 12 ildə peşəkar səviyyədə tennis oynamayacaq. Belə ki, idmançı bir sıra razılaşdırılmış oyunlarda iştirakına görə, Tennis Integrity Unit tərəfindən diksvalifikasiya edilib. TIU təşkilatının araşdırmasına görə, 28 yaşlı tennisçi 2017-ci ildə beş razılaşdırılmış oyun keçirib. D.Baskova günahını etiraf edib. Lakin idmançı bir daha tennis oynayacağını planlaşdırmayıb. Buna səbəb isə onun ötən il peşəkar tennis karyerasını bitirməsidir.
Daqmara Baskova rəsmi oyunlar ilə yanaşı, peşəkar tennis ilə bağlı istənilən fəaliyyətlə də məşğul olmaq qadağan edilib. Həmçinin slovakiyalı idmançıya 40 min dollar cərimə təyin edilib. Qeyd edək ki, D.Baskovanın WTA reytinqində ən yaxşı nəticəsi 1117-ci pillədir.