Bu gün Bolqarıstanın Plovdiv şəhərində Dan Kolov və Nikola Petrovun xatirəsinə 51-ci beynəlxalq turnirə start veriləcək. Sərbəst, yunan-Roma və qadın güləşi üzrə keçiriləcək yarışlarda ölkəmizi yalnız qadın güləşçilər təmsil edəcəklər. Baş məşqçi Yaqub Məmmədov və məşqçi Aslan Ağayevin rəhbərliyi altında yığma komandanın 10 üzvü iştirak edəcək. Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Natiq Hacıyev ölkəmizi təmsil edəcək. Turnirə fevralın 17-də yekun vurulacaq.