Stenli kubokunun ikiqat qalibi yoxlama müqaviləsi bağlayıb

Stenli kubokunun ikiqat qalibi yoxlama müqaviləsi bağlayıb

“Los-Anceles”in keçmiş hücumçusu Trevor Lüis “Vinnipeqa” təlim düşərgəsinə dəvət olunub. Məlumata görə, hokkeyçi klubla yoxlama müqaviləsi bağlayıb.
Qeyd edək ki, 33 yaşlı T.Lüis bütün karyerasını Milli Hokkey Liqasının “Kinqs” komandasının heyyətində keçirib. İdmançı 2006-cı ildə püşkatma nəticəsində seçilib. O vaxtdan etibarən, forvard 674 oyun keçirib və 163 (70+93) xal toplayıb. “Kinqs”in heyyətində Trevol Lüis iki dəfə Stenli kubokunu qazanıb.