Britaniyalı tennisçi Françeska Cons Australian Open turnirinin əsas hissəsinə keçməyi bacarıb. Qadın Tennis Assosiyasiyası reytinqində (WTA) 241-ci pillədə yer alan idmançı, kvalifikasiya finalında iki mərhələdə çinli Lu Tsyatsinə qalib gəlib (6:0, 6:1). Bildirək ki, tennisçilər kortda bir saatdan artıq vaxt keçiriblər.
Qeyd edək ki, 20 yaşlı F.Cons nadir irsi pataloqiya ilə dünyaya gəlib. Həmin xəstəlik insanlarda əl və ayaqların inkişafında problemlər yaradır. Buna görə də, idmançının hər əlində dörd, ayaqlarında isə dörd və üç barmağı var. Tennisçinin sözlərinə görə, o, qazandığı uğurlar ilə onun vəziyyətində olan insanlarda gələcəyə ümid yaratmaq istəyir.
Xatırladaq ki, Australian Open 2021-ci il 8-21 fevral tarixlərində Melburnda keçiriləcək. Turnirin mükafat fondu 54,5 miyon dollar təşkil edəcək.
İrsi xəstəlikli tennisçi turnirin əsas mərhələsinə keçdi