Olimpiadanın qalibi dünyasını dəyişdi

Olimpiadanın qalibi dünyasını dəyişdi

1972-ci ildə Münhendə keçirilən 50 km-lik idman yerişi üzrə Olimpiya Oyunlarının qalibi Bernd Kannenberq dünyasını dəyişib. Bu barədə Almaniya Yüngül Atletika İttifaqının mətbuat xidməti məlumat yayıb. 79 yaşlı Olimpiya çempionu Münsterdə xəstəxanada vəfat edib.
Qeyd edək ki, o, olimpiadanın qızıl medalı ilə yanaşı 1974-cü ildə təşkil edilən Avropa çempionatının 20 km idman yerişi yarışlarının gümüş medalına sahibdir. B.Kannenberq karyerası ərzində bir müddət dünya rekordçusu olub. Karyerasını başa vurduqdan sonra isə Bernd Kannenberq Almaniya yığmasında məşqçi işləyib.