«NEFTÇİ» İSM-in idman xronikası

«NEFTÇİ» İSM-in idman xronikası

Güləş
Bolqarıstanın paytaxtı Sofiyada gənclər arasında güləş üzrə dünya birinciliyinə yekun vurulub. Reqlamentə əsasən, ilk olaraq mübarizəyə yunan-Roma güləşçiləri qoşulublar.
«Neftçi» İSM-in pəhləvanlarından Elman Muxtarov (60 kq) və Orxan Nuriyev (84 kq) yarışın bürünc medalını qazanıblar. Çempionatın üçüncü günündə mübarizəyə başlayan qadın güləşçilər arasında mərkəzin yetirməsi Səbirə Əliyeva (72 kq) qüvvəsini sınayıb. Səkkizdəbir finalda macarıstanlı Zsanet Nemethə , dörddəbir final mərhələsində isə Serbiya idmançısı Una Svetlana Tubaya qalib gələn Səbirə, növbəti mərhələdə yaponiyalı güləşçi Rino Abeyə məğlub olub. Xanım idmançımız bürünc medal uğrunda yarışda Ukrayna təmsilçisi Veronika Pavlyuk üzərində təmiz qələbə qazanaraq (5:0) bürünc medala layiq görülüb.

Boks
Hollandiyanın Rotterdam şəhərində boks üzrə gənclər arasında Avropa birinciliyi keçirilib. Yığma komanda Münasib Məmmədov (49 kq), Məsud Yusifzadə (52 kq), Nəsrəddin Məmmədov (56 kq), Valeh Ramazanov (60 kq), Cavid Quliyev (64 kq), Hidayət Musayev (69 kq), Nəbi Bağırov (75 kq), Rahil Məmmədli (81 kq), Sadiq Səmədov (91 kq) və Məhəmmədəli Tahirovdan (+91 kq) ibarət olub.Boksçularımız qitə yarışında 2 qızıl və 1 gümüş medala sahib olublar. Qeyd edək ki, əldə olunan hər iki qızıl medalı «Neftçi» İSM-in dəri əlcək ustaları qazanıblar. Boksçumuz Nəsrəddin Məmmədov (56 kq) həlledici mərhələdə İrlandiya boksçusu Kurt Uolkeri məğlubiyyətə uğradaraq, Avropa çempionu tituluna sahib çıxıb. Mərkəzin digər yetirməsi Cavid Quliyev (64 kq) də final görüşündə ukraynalı Yaroslav Samofalov üzərində qələbə qazanaraq qitə yarışını çempion kimi başa vurub.


«Neftçi» İSM-in mətbuat xidməti