Avstraliyanın Viktoriya ştatının polis naziri Lisa Nevill 2021 Avstraliya açıq çempionatının iştirakçıları arasında iki nəfərin koronavirusa yoluxma halının aşkarlandığını bildirib. Məlumata görə, daha bir müsbət test nəticəsi tennisçi olmayan bir şəxsdə müəyyən edilib. Rəsmi statistikaya görə, ümumilikdə, Australian Openə aidiyyatı olan 10 nəfər COVİD-19 üzrə müsbət testdən keçib.
Bildirək ki, 70-dən çox oyunçu Melburna geldikləri reyslərdə sərnişinlərdə koronavirus aşkarlanmasından sonra məşq etmək imkanı olmayan 14 günlük sərt karantin rejimi keçirlər.
Qeyd edək ki, Australian Open fevralın 8-də start götürəcək.