“Spartak”ın keçmiş oyunçusu evdə ölü halda tapıldı

“Spartak”ın keçmiş oyunçusu evdə ölü halda tapıldı

Rusiyanın “Spartak” və MOİK komandalarının keçmiş hokkeyçisi Stanislav Aqafonov vəfat edib. O, 34 yaşında dünyasını dəyişib. Aqafonovun meyiti Leninqrad vilayətinin Vertemyagi kəndindəki evdə aşkarlanıb.
Tanışı onunla əlaqə yarada bilmədiyi üçün bir neçə gün əvvəl polisə müraciət edib. Bəzi məlumatlara görə, hokkeyçi narkotikdən istifadə edib. Meyitin yaxınlığında şprislər, naməlum ağ maddə və qaşıq tapılıb. Onun yüksək dozaya görə öldüyü ehtimal edilir.
Qeyd edək ki, Stanislav Aqafonov 2012-ci ildən məşqçi kimi fəaliyyət göstərib.