Milli Paralimpiya Komitəsi ilə UNİCEF-in Azərbaycan nümayəndəliyi arasında əməkdaşlıq qurulur

Milli Paralimpiya Komitəsi ilə UNİCEF-in Azərbaycan nümayəndəliyi arasında əməkdaşlıq qurulur

Avgustun 20-də Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovla Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNİCEF) Azərbaycan nümayəndəliyi rəhbərinin müavini Raşed Mustafa arasında görüş keçirilib. Görüş zamanı respublikada paralimpiya hərəkatı, bu sahəyə olan dövlət qayğısı, görülən işlər geniş müzakirə edilib. İlqar Rəhimov fiziki imkanları məhdud uşaqların paralimpiya hərəkatına cəlb olunmaları üçün Uşaq Paralimpiya Hərəkatının təsis edilməsi barədə Milli Paralimpiya Komitəsi tərəfindən gərar qəbul edildiyini bildirib. O, qeyd edib ki, həyata keçiriləcək bu layihə, ehtiyat paralimpiyaçıların hazırlanması ilə yanaşı, fiziki imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasına, onların idman vasitəsi ilə abilitasiya və reabilitasiyasına da xidmət edəcək. Qeyd edək ki, layihənin müvafiq QHT-lərlə birlikdə həyata keçirilməsi planlaşdırılır.
Raşed Mustafa layihənin həyata keçirilməsində maraqlı olduqlarını bildirərik qeyd edib ki, nümayəndəlik bu sahədə Milli Paralimpiya Komitəsi ilə əməkdaşlıq etməyə hazırdır.
Görüş zamanı "Uşaq Paralimpiya Hərəkatı”nın təsis edilməsi sahəsində birgə layihələrin həyata keçirilməsi üçün razılığa gəlinib.