Tennis üzrə “Böyük dəbilqə” turnirinin 23 qat qalibi, amerikalı Serena Uilyams Avstraliyaya gələn idmançıların keçdiyi karantinlə bağlı təssüratlarını bölüşüb.
“Karantin şərtləri həddindən artıq ciddidir. Lakin onu da deyim ki, digər tərəfdən də bu yaxşı addımdır. Bildiyimə görə, Avstraliyada COVİD-19 infeksiyasına yoluxanların sayı sıfıra bərabərdir. Bu inanılmazdır, elə deyilmi? Bütün ölkədə bu belədir? Bu çox əladır. Biz Avstraliyaya gələndə 14 günü hotel otağımızda keçirməli idik. Bu, ağılasığmazdır. Bu, çox gərgin hal olmaqla yanaşı, yaxşı idi”, - deyə S.Uilyams bildirib.
Qeyd edək ki, Serena Uilyams hazırda Adelaində karantindədi və yanvarın 29-da sərgi turnirində iştirak edəcək.