Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax və Çin Xalq Respublikasının Sədri Si Tszinpin Pekində 2022-ci ildə təşkil ediləcək Qış Olimpiya Oyunlarına hazırlıq məsələlərini müzakirə ediblər. Tərəflər, Pekin və Tokio Oyunlarında idmançıların təhlükəsizliyi və sağlamlığının təmin edilməsi sahəsində BOK ilə Çin hakimiyyəti arasında sıx əməkdaşlıq məsələlərinə dair danışıqlar aparıblar. Si Tszinpin ölkəsinin səhiyyə sisteminin koronavirus böhranını aradan qaldırmaq üçün çox çalışdığını, Olimpiya Oyunları ilə əlaqədar idman tədbirlərinin keçirilməsinə xüsusilə diqqət göstərdiyini vurğulayıb. Bildirilib ki, Çində son zamanlarda epidemiyaya qarşı tədbirlər sərtləşdirilib.
T.Bax belə bir sərt yanaşmanı məmnuniyyətlə qarşılayıb və bildirib ki, bütün bunlar ölkənin pandemiyadan tez bir zamanda qurtulmasına, eyni zamanda, yarışın uğurlu və təhlükəsiz təşkilinə imkan yaradacaq.