Azərbaycan millisinin üzvü Ruslan Həsənov Ukraynanın Olimpiya çempionu Qriqori Krissin şərəfinə 23 yaşadək şpaqaçılar arasında keçirilən açıq turnirində çıxış edib.
Qrup mərhələsindəki bütün görüşləri qalib başa vuran idmançı 1/32 finalda İlya Rusini (15:4), 1/16 finalda Valeri Buksarı (15:4) məğlub edib.
Növbəti mərhələdə Boqdan Kirdaya 15:11 hesabı ilə qalib gələn şpaqaçı 1/4 finalda Vitali Svistılı eyni hesabla yenib. Yarımfinalda Dmitro Mikitenko üzərində 15:11 hesablı qələbə qazanan Həsənov finalda Nikita Koşmana uduzub - 14:15.
O, 90-dan çox şpaqaçının qatıldığı turnirdə 2-ci olub.
Qılıncoynadanımız Ukraynada gümüş medala sahib çıxdı
