Pekin Qış Olimpiya Oyunlarının təşkilat komitəsi idman obyektlərində bir sıra test turnirlərinin keçirilməsinə başlayıb.
Çin idmançıları və mütəxəssisləri 10 gün ərzində Oyunların keçiriləcəyi 20 arenanı sınaqdan keçirəcəklər.
Oyunlar ərəfəsində əvvəlcə əsas və texniki cəhətdən mürəkkəb obyektlər, eləcə də, idmançılara göstərilən tibbi yardımın səviyyəsi yoxlanılacaq.
Xatırladaq ki, ötən ilin noyabrında Beynəlxalq Olimpiya Komitəsi (BOK) və Pekin-2022 Təşkilat Komitəsi ənənəvi test yarışlarını ləğv edərək, onları bir sıra tədbirlərlə əvəzləməyə qərar veriblər.
Pekində test turnirləri başladı