Yaponiya hökuməti yeni növ koronavirus səbəbindən Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarına xarici ölkələrdən gələn tamaşaçıların buraxılmaması variantını nəzərdən keçirir. Bu barədə Yaponiyanın “Mainichi” qəzeti məlumat yayıb. Qəzetin yazdığına görə, bununla bağlı son qərar bu ay ərzində qəbul oluna bilər. Yaponiyada yaşayan şəxslərin Oyunlara tamaşaçı qismində qatılması məsələsinə ayrıca əsasda baxılacaq.
Olimpiadanın Təşkilat Komitəsinin rəhbəri Seyko Haşimoto bundan əvvəl pandemiya ilə əlaqədar vəziyyətə baxmayaraq, Oyunların tamaşaçıların iştirakı ilə keçirilməli olduğunu bildirib. O, eyni zamanda, infeksiyanın yayılmasına qarşı tədbirlərin görülməsinin vacibliyini qeyd edib.
Yaponiyanın “Yomiuri” qəzetinin keçirdiyi sorğuya görə, ölkə əhalisinin 90 faizindən çoxu Yay Olimpiya və Paralimpiya Oyunlarının pandemiya səbəbindən tamaşaçısız və ya az tamaşaçının iştirakı ilə təşkil edilməsini istədiklərini bildiriblər.
Xatırladaq ki, Olimpiya Oyunları gələn il iyulun 23-də, Paralimpiya Oyunları isə avqustun 24-də başlayacaq.
Xarici ölkələrdən gələn tamaşaçılar Tokioya buraxılmaya bilər