Daha bir çempionat ləğv olundu

Daha bir çempionat ləğv olundu

Yeniyetmələr arasında atletika üzrə Avropa çempionatı COVİD-19 pandemiyası səbəbi ilə ləğv olunub. Bu barədə Ümumrusiya Yüngül Atletika Federasiyasının rəsmi saytında məlumat verilib.
Xatırladaq ki, turnirin İtaliyanın Riyette şəhərində 2020-ci ilin iyun ayında keçirilməsi planlaşdırılırdı. Lakin koronavirus səbəbi ilə yarış 2021-ci il avqust ayının sonuna təxirə salınmışdı. Avropa Yüngül Atletika Federasiyası isə turniri ləğv etmək qərarına gəlib. Bunun səbəbi isə İtaliyada hökm sürən ağır epidemioloji vəziyyətin olmasıdır.