Dünya çempionu cəzalandırıldı

Dünya çempionu cəzalandırıldı

Amerikalı dünya çempionu Obi İqbokve antidopinq qaydalarını pozduğu üçün 30 ay müddətinə diskvalifikasiya edilib. Bu barədə Amerika Antidopinq Agentliyinin (USADA) mətbuat xidməti məlumat verib.
Anabolik steroidlər 24 yaşlı idmançıdan 2020-ci il mayın 26-da götürülən analiz nümunəsində aşkar edilib.
Obi İqbokve 2019-cu ildə Dohada keçirilən atletika üzrə dünya çempionatında 4x400 metr məsafə üzrə qarışıq estafet yarışında qalib olub.