Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası, “Olimpiya dünyası” qəzeti ilə birgə “ İdman və Ədalətli Oyunlar” mövzusunda rəsm müsabiqəsi

Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası, “Olimpiya dünyası” qəzeti ilə birgə “ İdman və Ədalətli Oyunlar” mövzusunda rəsm müsabiqəsi

                    ELAN EDİR

“İdman və Ədalətli Oyunlar” mövzusunda
rəsm müsabiqəsi
15 aprel-15 iyun 2021-ci il

Müsabiqənin müddəti:
15 aprel-15 iyun 2021-ci il;
Müsabiqə qaliblərinin elanı:
30 iyun 2021-ci il;
Yaş qrupu: 3-8, 9-16; Müsabiqədə paytaxtdan, Naxçıvan MR və digər bölgələrdən istənilən Azərbaycan Respublikası vətəndaşı iştirak edə bilər;

Mükafatlar:
Bütün iştirakçılara MOK-un Ədalətli Oyunlar Komissiyası tərəfindən Sertifikat təqdim ediləcək, qaliblərə, 4-cü və 5-ci yerlərin sahiblərinə həvəsləndirici mükafatlar veriləcək;
İştirakçılar müsabiqəyə A4 vərəqi ölçüsündə olan rəsmlərlə qatıla bilər;
Müsabiqə iştirakçıları istənilən boya növü və rəsm texnikasından istifadə etməkdə sərbəstdir. Rəsmlər ancaq əl işlərindən ibarət olmalı, onların hazırlanması zamanı heç bir kompyuter və ya digər texnologiya vasitələrinin imkanlarından istifadəyə yol verilməməlidir;
Hər iştirakçı müsabiqəyə ən çox 2 rəsm təqdim edə bilər;
Rəsmin üzərində və ya arxasında iştirakçının adı, soyadı, yaş qrupu, ünvanı və əlaqə nömrəsi qeyd olunmalıdır; Rəsmlər 15 iyun 2021-ci il tarixədək [email protected] elektron poçt ünvanına göndərilməlidir;
Son müraciət tarixindən sonra daxil olan rəsmlər qeydə alınmayacaqdır;
Müsabiqə qaliblərinin adları və rəsmləri KİV-də, sərgilərdə və sosial media səhifələrində təqdim ediləcəkdir;
Əlaqə nömrəsi:
055 709-95-57; 440- 14- 93
Elektron poçt:
[email protected]