İsveçrəli tennisçi Roje Federerin xeyriyyə fondu “Kristis” hərrac evi ilə birgə hərrac təşkil edəcək. Müştərilər R.Federerin 20 tituluna həsr olunan 20 ən prestijli satış uğrunda mübarizə aparacaqlar. Hərracın ümumi məbləği 3 mindən 70 min funt sterlinq arasında müəyyən edilib. Belə ki, məsələn, satışa çıxarılanlar arasına tennisçinin Uimbldon-2007 yarışının qalibi olarkən geyindiyi forma yer alıb. Dəstin ilkin qiyməti 30-50 min funt sterlinq məbləğində dəyərləndirilib. Həmçinin R.Federerin 2009-cu ildə “Rolan Qarros” yarışında geyindiyi və qalib gəldiyi forması 50-70 min funt sterlinq, 2012-ci ildə keçirilən Uimbldon turnirində qalib geyimi isə 40-60 min funt sterlinq məbləğində qiymətləndirilib.
Mərasim iyunun 23-də Londonda keçiriləcək.
Həmçinin qeyd edək ki, iyunun 23-dən iyulun 13-14-dək onlayn-hərac təşkil olunacaq. Hərracdan 100 funt sterlinqdən başlayaraq 300 satış nümayiş olunacaq.
Tennisçi geyimlərini hərraca çıxarır