Rusiyanın Kazan şəhərində cüdo üzrə “Böyük dəbilqə” turniri start götürüb. Yarışın birinci günündə kişilər arasında Davud Məmmədsoy (60 kq), Elçin Hüseynov (66 kq) tatami üzərinə çıxacaqlar. Mübarizəyə onaltıdabir finaldan qoşulan D.Məmmədsoy Rusiya təmsilçisi Albert Oğuzov ilə qarşılaşacaq. Yarışa otuzikidəbir finaldan başlayan E.Hüseynovun birinci görüşdə rəqibi italiyalı Karmine Maria Di Loreto (İtaliya) olacaq.
Qadınların yarışında isə startda Aişə Qurbanlı, Leyla Əliyeva (48 kq) müvafiq olaraq Katarina Mens (Almaniya) və Melani Vieun (Fransa) ilə üz-üzə gələcəklər. Digər qadın güləşçimiz Gültac Məmmədəliyeva (52 kq) Lus Olveyra (Meksika) ilə gücünü sınayacaq. Qadın cüdoçularımızın hər üçü yarışa onaltıdabir finaldan başlayacaqlar.
Qeyd edək ki, 79 ölkədən 400-dən çox idmançının mübarizə apardığı turnirdə Azərbaycan 10 cüdoçu ilə təmsil olunur. Tokio Olimpiadasına lisenziya xarakterli yarış mayın 10-dək davam edəcək.
“Böyük dəbilqə” turnirinə start verildi