Azərbaycan Texniki Universitetinin İdman Sarayında keçirilən sərbəst və yunan-Roma güləşi üzrə azyaşlı yeniyetmələr (1999-2000-ci illlər təvəllüdlü) arasında "Gənc Olimpiyaçılar” yarışına yekun vurulub.Yarışın proqramına əsasən avqustun 22-23-də yunan-Roma güləşçiləri mübarizə aparıblar. Komanda xarakteri daşıyan yarışlar iki qrupa bölünməklə keçirilib. A qrupunda «Xəzri», «Cəngi», «Pirallahı», «Spartak», «Həyat», B qrupunda isə «Pəhləvan», «Məhsul», «Xosrov Cəfərov», «Hövsan» «Bakı» komandaları birincilik uğrunda yarışıblar. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda «Cəngi» komandasının pəhləvanları birinci yerə layiq görülüblər. «Məhsul» idman cəmiyyətinin komandası ikinci, «Həyat» güləş komandasının yetirmələri isə üçüncü yerlə kifayətləniblər.
Qaliblər Azərbaycan Güləş Federasiyası (AGF) tərəfindən diplom, kubok və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.