Qadın güləşçilərimiz medal qazana biləcəkmi?

Qadın güləşçilərimiz medal qazana biləcəkmi?

Serbiyanın Zrenyanin şəhərində keçirilən yeniyetmə güləşçilərin dünya çempionatı davam edir.
Yarışların dördüncü günündə çəkisi 40 kq, 46 kq, 52 kq, 60 kq və 70 kq olan qızlar mübarizəyə qoşulacaqlar. Komandamız yarışda 2 çəkidə təmsil olunacaq. Çəkisi 46 kq olan idmançıların yarışında mübarizə aparan Gülcahan Hacıyeva ilk görüşündə polşalı idmançı ilə qarşılaşacaq.
52 kq çəki dərəcəsində isə ölkəmizi təmsil edən Ləman Qurbanovanın ilk rəqibi monqolustanlı idmançı olacaq.
Xatırladaq ki, çempionatın ikinci günündə döşək üzərinə çıxan xanım güləşçilərimiz Ülkər Babayeva (38 kq), Türkan Nəsirova (43 kq) və Leyla Qurbanova (49 kq) yarışı medalsız başa vurublar.