Tokio Yay Paralimpiya Oyunlarının startına 100 günün qaldığını bildirən gerisayıma başlanılıb. Bununla əlaqədar Yaponiya paytaxtının meriyasında mərasim təşkil olunub.
Oyunların təşkilinə cavabdeh olan nazir Tamayo Marukava yarışın təhlükəsiz şəraitdə baş tutmasına çalışdıqlarını bildirib.
Meriya binasında üç ayparadan ibarət paralimpiada emblemi quraşdırılıb.
Qeyd edək ki, Tokio Yay Paralimpiya Oyunları bu il 24 avqust - 5 sentyabrda təşkil olunacaq.
Tokio-2020 Yay Paralimpia Oyunları üçün gerisayım başladı