Bodibildinqçilərimiz Avropa çempionatından 4 medalla qayıdırlar

Bodibildinqçilərimiz Avropa çempionatından 4 medalla qayıdırlar

İspaniyanın Santa-Susanna şəhərində bodibildinq üzrə Avropa çempionatı keçirilib. Yarışda iştirak edən Azərbaycan komandası uğurla çıxış edərək 1 qızıl, 1 gümüş və 2 bürünc medala sahib çıxıblar. Qızıl medalı komandamıza mens fizik yarışlarında mütləq koteqoriyada mübarizə aparan idmançımız Rasim Həsənov qazandırıb. Mens fizik yarışlarında boyu 182 santimetrdən yüksək olan idmançıların mübarizəsində isə təmsilçimiz İmaş Quluzadə bürünc medala yiyələnib. Avropa çempionatında 95 kiloqram çəki dərəcəsində iki idmançımız fəxri kürsüdə yer alıb. Belə ki, Fuad Quluzadə gümüş, Nizami Misirov isə bürünc medala layiq görülüb.