Kəpəz dağında adsız yüksəklikdə Nizami Gəncəvi Zirvəsi təsis edilib             

Kəpəz dağında adsız yüksəklikdə Nizami Gəncəvi Zirvəsi təsis edilib             

Mayın 16-da Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə “Kəpəz” Dağçılıq İdman Klubunun dəstəyi, YAP Gəncə Şəhər Təşkilatının və Göygöl Milli Parkının tərəfdaşlığı ilə Kəpəz dağının adsız yüksəkliyində 3080 metr hündürlükdə 2021-ci ilin "Nizami Gəncəvi ili" elan olunması ilə əlaqədar zirvə təsis edilib. Kəpəz dağına yürüşdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Milli Məclisin deputatı Naqif Həmzəyev, Kəpəz Dağçılıq İdman Klubunun təsisçisi Orxan Əmiraslanov, Ege Hospitalın Baş həkimi Aqil Ağakişiyev, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşları, fəal gənclər və veteran idmançılar iştirak ediblər. Zirvədə 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəman qardaşlarımızın əziz xatirəsi yad edilib.

Qeyd edək ki, Nizami Gəncəvi Zirvəsinin vahid dövlət reyestrində qeydiyyata alınması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunub və müraciətə rəsmi müsbət cavab alınaraq, zirvənin dövlət reyestrinə qeydiyyata götürülməsinə razılıq verilib.