BMT aprelin 6-nı Beynəlxalq İdman Günü elan edib

BMT aprelin 6-nı Beynəlxalq İdman Günü elan edib

BMT-nin Baş Məclisi aprelin 6-nın Beynəlxalq İdman Günü kimi qeyd olunması barədə yekdilliklə qərar qəbul edib.
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Jak Roqq və dünyanın birinci raket ustası, serbiyalı tennisçi Novak Cokoviç Baş Məclisin iclasında iştirak ediblər.

J.Roqq qətnamənin qəbul edilməsi münasibətilə çıxış edərək BOK və BMT arasında idman sahəsində əməkdaşlıq ənənələrinin çoxdan mövcud oldugunu qeyd edib. BOK prezidenti bu ənənələrin əsasınin hə1ə 1952-ci ildə, UNESCO-un təhsil vasitəsi kimi idmanın təbliği istiqamətində ilk kampaniyasını keçirməyə başladigi vaxtdan qoyuldugunu bildirib.
Idmanın insanın xarakterini möhkəmləndirmək üçün ən yaxşı vasitə oldugunu bildirən dünyanın tanınımş raket ustası, serbiyalı tennisçi Novak Cokoviç vurgulayib: "Ümidvaram ki, Beynəlxalq İdman Gününün təsis edilməsi hər birimizin öz səylərini idmanın təmiz oyun, komandada yekdillik, rəqibə hörmət kimi əsas dəyərlərinin formalaşdırılmasına yönəltməsi üçün əsas olacaqdır. Bu, universal keyfiyyətdir”.
Qətnamədə BMT sistemi çərçivəsində həyata keçirilməsi ilə bağlı bütün xərclərin dünya birliyi üzvlərinin könüllü ianələri hesabına həyata keçiriləcəyi qeyd olunur. Qeyd edək ki, Belarus, Gürcüstan, Qazaxıstan, Rumıniya, Rusiya, Serbiya və Makedoniya qətnamə layihəsinin sponsorları sırasında yer aliblar.