Yaşar Bəşirov növbəti 4 ildə İcraiyyə Komitəsinin üzvü olacaq

Yaşar Bəşirov növbəti 4 ildə İcraiyyə Komitəsinin üzvü olacaq

Avropa Karate Federasiyasının (EKF) İcraiyyə Komitəsinin üzvü Yaşar Bəşirov növbəti 4 il müddətində bu vəzifədə fəaliyyətini davam etdirəcək.
Azərbaycan Milli Karate Federasiyasının mətbuat xidmətinin verdiyi məlumata görə, o, Xorvatiyanın Poreç şəhərində EKF-in konqresində, təşkilatın 53 üzv ölkəsindən yığıncağa qatılan 43 dövlət nümayəndələri arasında seçkidə böyük üstünlüklə qalib gəlib.
Yığıncaqda bu ilin avqustunda Finlandiyanın Tampere şəhərində, 2022-ci ildə isə Çexiyanın paytaxtı Praqada yeniyetmə və gənclərin Avropa çempionatının, eləcə də, gələn il Türkiyənin Qaziantep şəhərində təşkil olunacaq böyüklərin qitə çempionatının rəsmi təqdimatı keçirilib. Daha sonra 2020-2021-ci illərin maliyyə hesabatı, 2021-2022-ci illərin büdcəsi və EKF İdman komissiyasının məruzəsi dinlənilib.
EKF prezidenti Antonio Espinos təşkilatın idarəedici orqanına yeni seçilən üzvləri təbrik edərək onlara uğurlar arzulayıb.

Yaşar Bəşirov növbəti 4 ildə İcraiyyə Komitəsinin üzvü olacaq