Pəhləvanlarımız dünya çempionatına hazırlığı davam etdirir

Pəhləvanlarımız dünya çempionatına hazırlığı davam etdirir

Sentyabrın 16-22-də Macarıstanın paytaxtı Budapeşt şəhərində böyüklər arasında dünya çempionatı keçiriləcək.
Mötəbər yarışa hazırlığını davam etdirən sərbəst güləş üzrə yığma komandamızın üzvləri Quba Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçir. Sentyabrın 1-dək davam edəcək təlim-məşq toplanışında Macarıstan və Misir sərbəst güləş yığmasının üzvləri də iştirak edirlər.
Baş məşqçi Maqomed Aliomarov, böyük məşqçi Firdovsi Umudov, məşqçilər David Kurtsiya və Semyon Çterevin rəhbərliyi altında təlim-məşq toplanışına yığma komandanın 24 üzvü cəlb olunub.