“Hitech Grand Prix” komandasının pilotu Liam Layson Bakıda keçirilən Formula 2 yarışında sıralama turunun qalibi olub. L.Laysonun komanda yoldaşı Jüri Vips ikinci, “Prema Racing” komandasının pilotu Oskar Piastri isə üçüncü yeri tutublar.
Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində keçirilən yarışda əvvəlcə pilotlar sərbəst yürüşlərdə güclərini sınayıblar. Gərgin idman mübarizəsi şəraitində keçən yürüşdə “Hitech Grand Prix” komandasının pilotu Jüri Vips bütün rəqiblərini qabaqlayıb. “Campos” komandasından Ralf Boşunq sərbəst yürüşü ikinci, “Art Grand Prix”in sürücüsü Theo Pourçaire isə üçüncü yerdə başa vurublar. İyunun 5-də saat 11:25-də birinci, saat 17:40-da isə ikinci yarış keçiriləcək. Hər iki yarışda pilotlar 21 dövrə vuracaqlar. Üçüncü yarış isə iyunun 6-da saat 12:45-də start götürəcək. Bu dəfə pilotlar 29 dövrədən ibarət yarışda güclərini sınayacaqlar. Səkkiz mərhələdən ibarət yarışa dekabrın 10-12-də Əbu-Dabidə yekun vurulacaq. Bakı yürüşünə qədər keçirilmiş iki yarışın nə
Formula 2: “Hitech Grand Prix”in pilotu sıralanma turunda birincidir