Türkiyənin İstanbul Park trassı beş illik müqavilə çərçivəsində Formula 1 təqviminə birdəfəlik qayıtmaq istəyir.
Olimonews.az Yaponiyanın "Auto Sport Web" nəşrinin məlumatına istinadən xəbər verir ki, beş illik müqavilə təklifi 2025-ci ilin yayında irəli sürülüb. Müqavilənin əsas şərti trasın infrastrukturunun müasir Formula 1 İdarəetmə (FOM) standartlarına cavab verməsi üçün modernləşdirilməsidir. Təşkilatçılar işi maliyyələşdirmək üçün investorlar axtarırlar.
Çətin relyefi və 8-ci döngəsi ilə tanınan tras artıq 2020 və 2021-ci illərdə müvəqqəti olaraq təqvimə qayıdıb.
Türkiyə Formula 1-ə qayıtmaq istəyir


