Formula 1 Azərbaycan Qran-Prisi 2026-ya hazırlıqlar çərçivəsində paddokun yenidən tikintisinə başlanılıb.
Bakı Şəhər Halqası (BCC) Əməliyyat Şirkətindən verilən məlumata görə, paddok hər zamanki kimi Neftçilər prospektində, Hökumət evinin qarşısında quraşdırılır.
Piyadalardan və sürücülərdən diqqətli olmaları xahiş edilib.
Xatırladaq ki, Formula 1 Azərbaycan Qran-Prisi 2026 sentyabrın 24–26-da keçiriləcək. Dünyanın ən böyük avtoidman yarışı on minlərlə qonağın iştirakı ilə Bakıya yenidən möhtəşəm yarış həyəcanı qatacaq.


