Kiyevdə bədii gimnastika üzrə dünya çempionatına start verilib. Çempionatda iştirak edən Azərbaycan yığmasının üzvləri Lalə Yusifova və Marina Durunda yarışların ilk günündə halqa ilə hərəkətlərdə çıxış ediblər. Lalənin çıxışı 16,350 bal, Marinanın çıxışı isə 17,000 bal ilə qiymətləndirilib. Sonra idmançılarımız top ilə hərəkətlər göstəriblər.
Gimnastımız Yusifova öz kompozisiyasına görə çox aşağı qiymət alıb - 14,175 bal. Buna səbəb onun çıxış edərkən topu əlindən salması olub. Durundanın çıxışı isə hakimlər tərəfindən 16,883 balla qiymətləndirilib.
Birinci mərhələnin yekunlarına əsasən daha yüksək nəticə göstərmiş 8 gimnast finala çıxacaq və mükafatlar uğrunda yarışacaq. İştirakçılar 8 yarımqrupda çıxış edirlər. Seçmə yarışlar başa çatdıqdan sonra ən yaxşı nəticə göstərən 8 idmançı çempionatın mükafatları uğrunda mübarizəni davam etdirəcək.