Uels yığması Bakıda son məşqinə çıxdı 

Uels yığması Bakıda son məşqinə çıxdı 

AVRO-2020-nin A qrupunda Bakı Olimpiya Stadionunda (BOS) İsveçrə millisi ilə qarşılaşacaq Uels yığması oyun öncəsi son məşqinə çıxıb. Baş məşqçi Robert Peycin rəhbərliyi altındakı hazırlıq prosesi Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunub. 
Sabah keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Qeyd edək ki, Bakı Olimpiya Stadionu bu oyunla yanaşı, Türkiyə - Uels, Türkiyə - İsveçrə, eləcə də bir 1/4 final mərhələsinin 1 matçına ev sahibliyi edəcək.