Qol güləşi üzrə Sumqayıt çempionatı keçirilib

Qol güləşi üzrə Sumqayıt çempionatı keçirilib


Avqustun 24-də Sumqayıtın Nəsimi adına mədəniyyət və istirahət parkında qol güləşi üzrə kişilər arasında III açıq şəhər çempionatı keçirilib.
Yarışların keçirilməsində məqsəd yeniyetmə və gənclərin zərərli vədişlərdən uzaqlaşdırılması, onalrın asudə vaxtının səmərəli təşkili, bədən tərbiyəsi və idmana olan marağının artırılmasıdır. Yarışda şəhər idmançıları ilə yanaşı Bakı, Qazax, Ağstafa, Bərdə, Ağdam, Qusar və Xaçmazın 15-dən artıq komandasının 90-a yaxın idmançısı qalib adı uğrunda mübarizə aparıb. Tədbirin açılış mərasimində çıxış edən Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov və Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov ölkəmizdə və şəhərimizdə idman sahəsində həyata keçirilən tədbirlərin təşkilinə göstərilən diqqət və qayğıdan ətraflı bəhs ediblər.
Gərgin və maraqlı keçən idman mübarizəsindən sonra Vilayət Namazzadə (50kq), Bəxtiyar İbrahimli (55kq), Məhəmməd Cəfərov (60kq), Vinali Paşayev (70kq), Ənvər Hüseynov (80kq), Fuad Cəfərov (100kq) və Mirtaleh Aslanov həm +100kq, həm də mütləq çəki dərərcəsində çempionatın qalibi olublar.
Yarışın qalib və mükafatçıları şəhər Gənclər və İdman Baş İdarəsinin Fəxri fərman, medal və hədiyyələri ilə mükafatlandırılıblar.
Mail Hümbətov,
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi