Ukrayna Prezidenti millinin məğlubiyyətini şərh edib

Ukrayna Prezidenti millinin məğlubiyyətini şərh edib

Ukrayna Prezidenti Vladimir Zelenski Avropa çempionatında Avstriya ilə oyunda milli komandanın məğlubiyyətinə reaksiya verib. V.Zelenski Avstriya ilə qarşılaşmanı ağır adlandırıb və qeyd edib ki, Ukrayna komandası acı məğlubiyyətə uğrayıb və bunun məyusedici olduğunu vurğulayıb. Bununla yanaşı, Ukrayna dövlət başçısı yığma komandanın pley-offa düşmək şansını saxladığına da diqqət çəkib.
Qeyd edək ki, Ukrayna millisi Avstriya yığmasına minimal hesabla məğlub olaraq, C qrupunda 3-cü pillədə qərarlaşıb.