Pəhləvanlarımız İstanbulda hazırlaşıb, Budapeştdə güləşəcəklər

Pəhləvanlarımız İstanbulda hazırlaşıb, Budapeştdə güləşəcəklər

Xəbər verdiyimiz kimi, sentyabrın 16-22-də Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə dünya çempionatı keçiriləcək.
Yarışa hazırlığını davam etdirən yunan-Roma güləşi üzrə böyüklərdən ibarət yığma komandamız təlim-məşq toplanışını başa vurub. Çempionata Türkiyənin İstanbul şəhərində hazırlaşan pəhləvanlarımız qardaş ölkənin yığma komandası ilə birgə təlim-məşq keçib.
Məlumat üçün bildirək ki, hazırlıq çərçivəsində baş məşqçi Cəmşid Xeyrabadi, məşqçilər Şahram Elyasi, Fərid Ədnani və Əyyub Əzmudehin rəhbərliyi altında yığma komandanın 14 üzvü iştirak edib. Komandamızın heyətində Rövşən Bayramov, Eldəniz Əzizli, Orxan Əhmədov (hamısı 55 kq), Taleh Məmmədov, Kamran Məmmədov (hər ikisi 60 kq), Rəsul Çunayev, Həsən Əliyev, Vitali Rəhimov (hamısı 66 kq), Emin Əhmədov, Elvin Mürsəliyev (hər ikisi 74 kq), Rafiq Hüseynov, Mote Savadze, Saman Təhmasibi (hamısı 84 kq) və Şalva Qadabadze (96 kq) yer alıb.
Xatırladaq ki, avqustun 12-dən başlayan təlim-məşq toplanışı ayın 27-də başa çatıb.