«Mbappe doğrudan da PSJ-ni tərk etmək istəyir»

«Mbappe doğrudan da PSJ-ni tərk etmək istəyir»

 PSJ-nin hücumçusu Kilian Mbappe Avro-2020-dən sonra Parisi tərk edə bilər. Bu barədə məlumatı italiyalı jurnalist Daniel Riolo verib. «Mbappe doğrudan da PSJ-ni tərk etmək istəyir. Lakin onun tələblərini yerinə yetirmək istəyən klublardan hələ ki, səs-soraq yoxdur. Parislilər də bunu yaxşı bilirlər. Elə bu səbəbdən onun yerinə əvəzedici axtarmağa başlayıblar», - deyə həmkarımız bildirib.
Qeyd edək ki, Kilian Mbappe 2017-ci ildən PSJ-də çıxış edir. 22 yaşlı fransalı 47 matçda 42 qol vurub, 11 məhsuldar ötürmə edib. Nüfuzlu «Tranfermarkt.com» saytı onun satış qiymətini 160 milyon avro dəyərində qiymətləndirir.