Bölgə idmançıları güclərini qol güləşi yarışında sınayıblar

Bölgə idmançıları güclərini qol güləşi yarışında sınayıblar

Ağstafa rayonunda qol güləşi üzrə turnir keçirilib. Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda Ağstafa rayonu ilə yanaşı, Qazax və Tovuz rayonlarının gənc pəhləvanları da yarışıblar. Turnirin keçirilməsində əsas məqsəd qol güləşi üzrə respublika çempionatına hazırlaşmaq və region gənclərinin asudə vaxtlarının səmərəli təşkilinə nail olmaqdır.
Gərgin mübarizə şəraitində keçən yarışda Ağstafa təmsilçiləri birinci yerə layiq görülüblər. Qazax komandasının idmançıları ikinci, Tovuz rayonunun komandası isə üçüncü yerlə kifayətləniblər. Qaliblərə fəxri fərman və müxtəlif hədiyyələr təqdim olunub.