Mbappe: Təəssüf ki, belə hallar çox sevdiyim futbolun bir hissəsidir

Mbappe: Təəssüf ki, belə hallar çox sevdiyim futbolun bir hissəsidir

“Məqsədimizə çata bilmədik. İndi həyata davam etmək çox çətindir”. Bu sözləri AVRO-2020-də mübarizəni dayandıran Fransa yığmasının üzvü Kilyan Mbappe öz İnstaqram hesabında yazıb.
Dünya çempionu AVRO-2020-nin seçmə mərhələsində İsveçrəyə məğlubiyyətin təsirindən hələ də ayılmadığını bildirib. “Penaltini vura bilmədiyim üçün çox məyusam. Komandaya kömək etmək istədim, amma bacarmadım. Fikrimdən yata bilmədim. Təəssüf ki, belə hallar çox sevdiyim futbolun bir hissəsidir. Azarkeşlərin üzüntüsünü bilirəm və buna görə onlardan üzr istəyirəm. Bizi dəstəklədiyiniz üçün təşəkkür edirəm. Qarşıdakı vaxtlarda daha yaxşı olmağa çalışacağıq. İsveçrəyə də uğurlar arzu edirəm”.
Qeyd edək ki, Fransa millisi AVRO-2020-nin 1/8 final mərhələsində İsveçrəyə penaltilər seriyasında 5:4 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.